Azərbaycan hökumət missiyasının Maldivə səfəri çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və “Invest Maldives” İnvestisiyaların Təşviqi Agentliyi arasında görüş keçirilib.
AZPROMO-dan “İki sahil”ə bildirilib ki, görüş zamanı agentliyin icraçı direktoru Yusif Abdullayev daşınmaz əmlak, yaşıl enerji, turizm və nəqliyyat sektorlarında əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb.
“Invest Maldives” Agentliyinin baş direktoru Nuha Mohamed Riza isə Maldiv adalarının investisiya potensialı, xüsusilə turizm və yaşıl enerji sektorlarındakı üstünlüklər, eləcə də Azərbaycan şirkətlərinin Maldiv adalarına investisiya yatırması üçün mövcud olan imkanlardan danışıb.
Görüşdə, həmçinin tərəflər arasında Ümumdünya İnvestisiyaların Təşviqi Agentlikləri Assosiasiyası (WAIPA) vasitəsilə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi barədə razılıq əldə edilib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır