"Teleradio" İB Ağdərə rayonu ərazisində yerləşən və əvvəllər istismara yararsız vəziyyətə düşmüş Həsənriz Radio-Televiziya Yayım Stansiyasının işini bərpa edib.
Bu barədə “İki sahil”ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Məlumata görə, işğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayım şəbəkəsinin bərpası istiqamətində aparılan işlər çərçivəsində sözügedən stansiya elektrik enerjisi ilə təmin olunub. Texniki bina təmir edilib və stansiya texniki vasitələrlə təchiz olunaraq yayım üçün hazır vəziyyətə gətirilib. Belə ki, 300 Vt gücündə televiziya vericisi, 4x1 konfiqurasiyalı anten sistemi, eləcə də digər zəruri texniki vasitələr quraşdırılaraq istismara verilib.
Nəticədə 25-ci televiziya kanalında (506 MHs) 8 televiziya proqramının (AzTV, İctimai TV, İdman Azərbaycan TV, Mədəniyyət TV, CBC Sport, ATV, Xəzər TV, Space TV) Həsənriz və ətraf kəndlərin ərazilərində yayımı təmin olunub.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək 8 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib. Bərpa tədbirləri “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına uyğun olaraq həyata keçirilir.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır