Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyəyə işgüzar səfəri çərçivəsində Şərqi Anadoluda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüş keçirib.
“İki sahil” xəbər verir ki, ölkəmizin Qarsdakı Baş Konsulluğunun binasında keçirilən görüşdə Azərbaycanın milli maraqları naminə diaspor təşkilatlarının səylərinin birləşdirilməsi mövzusu ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət Komitəsinin rəhbəri diaspor nümayəndələrinin mövqeyini dinləyib, xaricdə yaşayan soydaşların koordinasiyasının və qarşılıqlı fəaliyyətinin vacibliyi ilə bağlı fikirlərini bölüşüb.
Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib
Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq - Prezident