Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
“İki sahil” xəbər verir ki, COP29-da Azərbaycana səfərini məmnunluqla xatırlayan Əbdüllətif Camal Rəşid bu mühüm tədbirin uğurla keçirilməsi münasibətilə dövlət başçısına təbriklərini çatdırdı. İraq Prezidenti, eyni zamanda, təyyarə qəzası ilə əlaqədar bir daha başsağlığını ifadə etdi.
Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı İraq Prezidenti ilə görüşlərini və bu görüşlər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırladı.
Görüşdə Azərbaycanla İraq arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birbaşa təyyarə reyslərinin təşkili və hökumətlərarası komissiyanın fəaliyyəti ilə əlaqədar məsələlərə toxunuldu. Həmçinin Yaxın Şərqdəki vəziyyət müzakirə edildi, regionda sülhün və sabitliyin bərqərar olunmasının vacibliyi bir daha vurğulandı.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü
Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək