Hazırda Cənubi Qafqazın bütün regional mənzərəsi dəyişib. Sülh gündəliyinin təşəbbüskarı Azərbaycandır və bu təşəbbüsün müəllifi Prezident İlham Əliyevdir.
“İki sahil” xəbər verir ki, bu sözləri CAMCA Regional Forumunda Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O vurğulayıb ki, Azərbaycan regional sahiblik nümayiş etdirir, regionda yeni siyasi reallıqlar yaradır. Bu isə strateji uzaqgörənliyin nəticəsidir. Hazırda Azərbaycan üçün iqtisadi diplomatik bağlantılar mühümdür. Bura bərpaolunan enerji, nəqliyyat əlaqələri, həmçinin əldə olunmuş sülhün möhkəmləndirilməsi və qorunması da daxildir. “Çünki regionda, eyni zamanda, bütün dünyada qeyri-müəyyənlik hələ də kifayət qədər yüksəkdir və bu, Azərbaycanın bilavasitə qonşuluğunda da baş verir”, - deyə Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü
Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək