Yeni Azərbaycan Partiyası xoş məramlı və xoş talehli olan siyasi təşkilat kimi meydana gəlib, fəaliyyət göstərib və bu gün də fəaliyyət göstərməkdədir.
“İki sahil” xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı YAP Sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.
"21-ci əsrin ilk onilliklərində Azərbaycanın iqtisadi, sosial inkişaf, beynəlxalq əlaqələr sahələrində əldə etdiyi ən böyük nailiyyətlər artıq Yeni Azərbaycan Partiyasının iqtidarının, İlham Əliyev dövrünün Azərbaycan xalqının təqdim etdiyi unudulmaz töhfələrdir", - deyə Əli Əhmədov bildirib.
O, YAP-ın ayrı-ayrı ölkələrin siyasi təşkilatları ilə, partiyaları ilə geniş əməkdaşlıq əlaqələri qurduğunu, maraqlı layihələr həyata keçirdiyini də vurğulayıb: "Zəngin təcrübə əsasında bu layihələr daha da geniş şəkillərdə həyata keçirilməkdədir. Bütün bunların hamısı Yeni Azərbaycan Partiyasının hörmətinin və nüfuzunun artıq ciddi şəkildə Azərbaycanın hüdudlarından kənara çıxdığından xəbər verir".
Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq - Prezident
Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir
Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü