Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Kürdüstan regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını dövlətimizin başçına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Neçirvan Bərzaniyə çatdırmağı xahiş edib.
Məsrur Bərzani vurğulayıb ki, İraq Kürdüstan Regionunun başçısı Azərbaycana səfərlərindən, o cümlədən COP zamanı ölkəmizə gəlməsindən çox məmnundur.
Söhbət zamanı Azərbaycan ilə İraq Kürdüstan regionu arasında iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb. Biznes dairələrinin qarşılıqlı səfərlərinin təşkili, onların arasında birbaşa təmasların yaradılması və biznes forumların keçirilməsinin vacibliyi qeyd olunub.
***
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Kürdüstan regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü
Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək