Mənim böyüdüyüm ev darmadağın olub, onun yerində daş qırıntıları qalıb. Artıq o torpaqların işğaldan azad olunması arzularından daha irəliyə baxıram.
“İki sahil” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Yüksəliş” müsabiqəsi tərəfindən keçirilən “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” forumunda çıxışı zamanı deyib.
O bildirib ki, artıq Qarabağ və Şərqi Zəngəzura qayıdan gənclər var.