27 iyul 2026 17:12
89

Güclü külək səbəbindən...

Bakıda iyulun 27-də güclü külək nəticəsində dörd nəfər (2 kişi, 2 qadın) xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Onlardan ikisi (1 qadın, 1 kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bir kişinin müalicəsi KTM-in Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Bir qadına isə zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

İki nəfər isə Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi-Tədqqiat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.