25 fevral 2025 20:18
624

Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb

Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb.

“İki sahil” xəbər verir ki,  DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fakta görə Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.