27 iyul 2026 10:04
87

Bakıda küləyin sürəti 28 m/s-dək güclənib

Azərbaycanın bəzi yerlərində şimal-qərb küləyi əsir.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 27-si saat 10:00-a olan məlumatında qeyd edilib.

Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 23, Naftalanda 22, Xaçmaz və Gəncədə 20, Goranboyda 19, Şabranda isə 16 m/s-yə çatır.