03 mart 2025 11:39
558

Qəsdən orucu pozmağa görə 2 ay əlavə oruc tutmalısan - İSLAMŞÜNAS

“Orucu pozan bəzi əməllər var. Birinci növbədə yemək və içməkdir. Sonra cinsi yaxınlıq etmək. Daha sonra imalə etmək. Boğaz vasitəsilə çoxlu miqdarda toz qəbul etmək. Siqaret çəkmək də bura aiddir.”

Bu fikirləri “İki sahil”ə müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin “TəzəPir” məscidinin imamı, islamşünas Hacı Ağasəid Yaqubov deyib.

“TəzəPir” məscidinin imamı vurğulayıb ki, ən əsas amillərdən biri isə Allah və Həzrəti Peyğəmbər adından yalan danışmaqdır: “Sübh azanına qədər boynunda vacib qüsul almaq varsa onu etməsən həmin gün tutduğun oruc batil hesab olunur. İnsan səfərdə olanda da orucu pozulur. Yəni, zöhr namazı səfər ərəfəsinə düşərsə oruc pozulur.” 

A.Yaqubov qeyd edib ki, bir sözlə, səkkiz əməl orucu batil edir: Yemək və içmək, cima, istimna (yəni özü ilə məninin xaric olmasına səbəb olan bir iş görsə və ya başqası ilə cimadan geyri bir iş etməklə məni xaric etməsinə deyilir.), ehtiyat-vacibə əsasən Allaha, Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) və Peyğəmbərin canişinlərinə (ələyhimus-salam) yalan isdinad vermək (onların adından yalandan bir söz demək), ehtiyat-vacibə görə tozu boğaza yetişdirmək, sübh azanına kimi cənabət, heyz və nifas halında qalmaq, axıcı şeylərlə imalə etmək, qəsdən qusmaq. Bilə-bilə orucu pozmağın kəffarəsi var. Qəsdən orucu pozmağa görə 2 ay əlavə oruc tutmalısan.”

Orxan Vahidoğlu, “İki sahil”