03 mart 2025 13:51
644

Kimlərə oruc tutmaq olmaz? – İslamşünas şərh edir

“Allah-Təala Ramazan ayını Ona iman edən insanlar üçün fəzilətli edir.”

Bu fikirləri “İki sahil”ə müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin “TəzəPir” məscidinin imamı, islamşünas Hacı Ağasəid Yaqubov deyib: “Hər ibadət ruhun ayrı bir qidasıdır. Həqiqi mənada tutulan orucun verdiyi feyz və ruhaniyyət isə çox qiymətlidir. Orucun əsl həqiqəti onun mənəvi, əxlaqi və ictimai dəyərlərində gizlidir. Belə ki, oruc – nemətlərin qədrini bildirərək könüllərdəki şükran duyğularını dərinləşdirir.”

İslamşünas Hacı Ağasəid Yaqubov vurğulayıb ki, səhhətlərində problem olan insanlar oruc tutmaqdan məhrumdurlar. Xüsusən də şəkər, təzyiq xəstəliyi olan insanlar, ahıllar burada yer alırlar: “Gələn Ramazan ayına qədər səhhəti düzəlməsə, şəfa tapmasa xəstəliyi davam edərsə həmin adamlar hər gün üçün müttəhab, yəni fəqirə bir nəfəri doyuracaq qədər yemək verməlidir. Azyaşlı uşaqların oruc tutmasına gəlincə qızlara 9-13 yaşa qədər, oğlanlara isə 13 yaşından 15 yaşadək oruc tutmamaları bağışlanır. Azyaşlıların oruc tutmaları həvəs xarakterlidir ki, öyrəşmək məqsədi daşıyır. Valideyn onlara icazə versə tuta bilərlər.”

Orxan Vahidoğlu, “İki sahil”