Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-dən "İki sahil"ə verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.