06 mart 2025 18:50
544

Gəncədə yaşayış binasındakı yanğın söndürülüb

Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasındakı yanğının qarşısı alınıb.

“İki sahil” xəbər verir ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Yanğının səbəbləri və digər məsələlər araşdırılır.