Azərbaycanın Xarici İşlər Nazirliyi Argentinaya başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirilib.
“Argentinada baş vermiş dağıdıcı daşqınlardan təsirlənmiş hər kəsə ən dərin başsağlığımızı bildiririk. Bu daşqınlar çoxlu insan tələfatına, bir neçə nəfərin itkin düşməsinə və infrastruktura ciddi ziyan vurulmasına səbəb olub.
Bu fəlakətdən ən çox zərər çəkmiş icmaların tez və effektiv bərpasını və normal həyatın qısa müddətdə bərpa olunmasına ümid edirik”, – paylaşımda qeyd olunub.
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb
Prezident İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim