2024-cü ilin yekunlarına əsasən, Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli ticarətin həcmi 500 milyon dolları ötüb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Astanada Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə danışıqların yekunlaşmasından sonra jurnalistlər üçün keçirilən brifinqdə deyib.
"İlkin kapital həcmi 300 milyon dollar təşkil edəcək Qazaxıstan-Azərbaycan İnvestisiya Fondunun yaradılması ölkələrimiz arasında birgə investisiya layihələrinin icrasına əhəmiyyətli töhfə verəcək", - deyə nazir bildirib.
O qeyd edib ki, yüksəksəviyyəli dövlətlərarası əlaqələri və fəal siyasi dialoqu nəzərə alaraq, iqtisadi əməkdaşlığın potensialının tam reallaşdırılması üçün səylər artırılmalıdır.
Azərbaycan ilə Özbəkistan arasındakı yüksəksəviyyəli əlaqələr parlament müstəvisində də uğurla davam etdirilir
Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir
Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının açılış mərasimi keçirilib - YENİLƏNİB/FOTO