Builki forum xüsusilə əhəmiyyətli olacaq, çünki dünya genişmiqyaslı dəyişikliklərlə üzləşib.
“İki sahil” xəbər verir ki, bu sözləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Bakı Qlobal Formunun İdarə Heyətinin mətbuat konfransında deyib.
O qeyd edib ki, forumda 400-ə yaxın iştirakçı, o cümlədən fəaliyyətdə olan azı 50 sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edəcəklər.
"XII Bakı Qlobal Forumu dünyanın aparıcı liderlərini, beynəlxalq təşkilatların nümayəndələrini və alimlərini açıq, məzmunlu diskussiyalar üçün bir araya gətirən mühüm hadisə olacaq", - deyə o, bildirib.
İsmail Serageldin müzakirələrin açıq, səmimi , təcrübəyə və analitik nəticələrə yönəldilməsinin vacibliyini vurğulayıb.
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb
Prezident İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim