Biz dörd il ərzində Qoşulmama Hərəkatında sədrlik etdik, təşkilatda 120 ölkə var. Biz COVID dövründə müxtəlif vəziyyətlərdə üzv dövlətlərə dəstək verirdik. Humanitar və maliyyə yardımına gəldikdə, 80-dən artıq ölkəyə kömək etdik.
“İki sahil” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib.
Dövlət başçısı qeyd edib: “Eyni zamanda, biz Avropadakı tərəfdaşlar ilə fəal əlaqələri saxlayırdıq. Bütün bunlar bir növ Qlobal Cənub ilə Qlobal Şimal arasında körpülərin salınmasına bənzəyirdi”.
FHN-in kollektivi Zəfər abidəsinin önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib - VİDEO
Azərbaycanın gənclər və könüllü təşkilatları beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar
Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər - VİDEO