Bakı Qlobal Forumu mühüm məsələlər haqqında müzakirələr aparmaq üçün çox yaxşı fürsətdir.
“İki sahil” xəbər verir ki, bu fikri Albaniya Respublikasının Prezidenti Bayram Beqay XII Bakı Qlobal Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Düşünürəm ki, dünyanın narahat olduğunu, o qədər çox mənfi hadisələrin olduğunu nəzərə alsaq, bütün bu çağırışları öz imkanlarımıza çevirmək üçün real imkanları müzakirə edə bilərik. Burada ən vacib məqamlardan biri hər bir təmsilçinin öz ölkəsində rastlaşdığı problemlərdən danışmasıdır. Bu problemlər barədə fikirlərimi əvvəlcə Prezident İlham Əliyevlə, eyni zamanda, bir sıra Forum iştirakçıları ilə bölüşmək istədim. Bu forum həm təcrübələrimizi, həm də narahatlıqlarımızı bölüşmək üçün yaxşı fürsətdir”, - deyə Albaniya Prezidenti vurğulayıb.
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb
Prezident İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim