“Biz hazırda çoxqütblü dünya haqqında danışırıq. Hazırda çoxqütblülər arasında çaşqınlıq və yaxud xaosla üzləşmişik. Bu yaxınlarda BMT 80 illik yubileyini qeyd edəcək. Hamı gələcəyi necə qurmaqla bağlı tarixə baxmalıdır. BMT fəaliyyətini davam etdirməli, yoxsa dayandırmalıdır? Biz çarxı yenidən icad etməməliyik. Hesab edirəm ki, BMT-nin effektivliyini təmin etməklə onu saxlamalıyıq”.
“İki sahil” xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasda Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo deyib.
O bildirib ki, qlobal səviyyədə idarəçilik dəyişməlidir: "Çoxqütblü dünya kiminsə ideyası, xülyası deyil. Çin inanır ki, ABŞ-la həm dost, həm də tərəfdaş ola bilər. Sadəcə, böyük güclər özlərini böyük kimi aparmalıdır”.
“Biz tarixi ədaləti bərpa etməliyik, xüsusilə Afrika ölkələrinə qarşı", - deyə xüsusi nümayəndə qeyd edib.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
Əliyev Yeltsinlə niyə görüşmüşdü? Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Azərbaycan Prezidenti: Biz istəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək
Prezident İlham Əliyev: Bizdə kriminogen vəziyyət tamamilə nəzarət altındadır