Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birola “Dostluq” ordenini təqdim edib.
“İki sahil” xəbər verir ki, Fatih Birol bu ordenə COP29-da Azərbaycanın sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə layiq görülüb.
Prezident İlham Əliyev Fatih Birola Azərbaycanla həyata keçirdiyi əməkdaşlığa və COP29-da göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Fatih Birol da öz növbəsində “Dostluq” ordeni ilə təltif olunmasından böyük qürur hissi duyduğunu deyib.
Qeyd edək ki, yanvarın 31-də İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycan Respublikasının sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə Fatih Birolu “Dostluq” ordeni ilə təltif etmişdi.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
Əliyev Yeltsinlə niyə görüşmüşdü? Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Azərbaycan Prezidenti: Biz istəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək
Prezident İlham Əliyev: Bizdə kriminogen vəziyyət tamamilə nəzarət altındadır