İspaniya Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə razılaşmanın əldə olunması barədə bəyanatları alqışlayır. Bu Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq istiqamətində mühüm addımdır.
“İki sahil” xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirib.
"İspaniya ümid edir ki, bu, iki ölkə arasında yekun sazişin imzalanmasına gətirib çıxaracaq", - bəyanatda qeyd edilib.
İspaniya XİN Cənubi Qafqazda sabitliyə və sülhə sadiqliyini bir daha təsdiqləyib.
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb
Prezident İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim