Azərbaycanın münaqişədən sonra həyata keçirdiyi yenidənqurma işləri çox müfəssəldir.
“İki sahil” xəbər verir ki, bunu Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayev martın 14-də XII Qlobal Bakı Forumunda çıxışında deyib.
O, Azərbaycanın məqsədyönlü yanaşma sayəsində öz hədəflərinə çatacağını və bütün dünya üçün istinad nöqtəsinə çevriləcəyini vurğulayıb.
Sabiq Baş nazir dünən Tacikistan və Qırğızıstan arasında sərhədlərin delimitisaiya və demokrasiyası ilə əlaqədar saziş imzalandığını xatırladaraq 10 gün sonra tərəflər arasında yüksək səviyyəli görüşün nəzərdə tutulduğunu da diqqətə çatdırıb:
"Sovet İttifaqı dövründə müəyyən edilmiş sərhədlər o qədər də dəqiq deyildi. Nəticədə ölkələr müstəqillik qazandıqdan sonra bu məsələ 30 ilə yaxın müddətdə davam etmiş münaqişəyə çevrildi".
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb
Prezident İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim