Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu ikinci günündə işini panel iclaslarla davam etdirir.
“İki sahil” xəbər verir ki, Latviyanın sabiq Prezidenti Valdis Zatlersin moderatorluğu ilə keçirilən sessiya “Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası” mövzusuna həsr edilib. Panel sessiyada mövzu ətrafında Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç, Nigeriyanın sabiq Prezidenti Olusequn Obasanjo, Moldovanın sabiq Baş naziri Nataliya Qavrilita, Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayev, Rumıniyanın sabiq xarici işlər naziri Lazar Komanesku, Türkiyənin Avropa Birliyi işləri üzrə sabiq naziri Volkan Bozkır, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Sinqapur Parlamentinin sabiq üzvü Penni Lovun çıxışları dinləniləcək.
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb
Fuad İsgəndərov etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib
Çinin Azərbaycandakı səfiri: Çin elmi-texniki innovasiyalar sahəsində dünya lideridir