Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı səsə qoyularaq qəbul edilib.
“İki sahil” xəbər verir ki, hesabat qəbul edildikdən sonra Baş nazir Əli Əsədov deputatların səsləndirdiyi fikirlərə münasibət bildirir, qaldırılan məsələlərə aydınlıq gətirir.
***
Hökumət Milli Məclisdə hesabat verir.
“İki sahil” xəbər verir ki, Baş nazir Əli Əsədov hesabatı təqdim edir.
Onun sözlərinə görə, belə bir hesabatlılıq Hökumətlə Milli Məclis arasında səmərəli və işgüzar əməkdaşlığa əhəmiyyətli fayda verir:
"Hökumətin gördüyü işləri və əsas vəzifələri hörmətli millət vəkilləri ilə birlikdə müzakirə etməyə və dəqiqləşdirməyə şərait yaradır".
Məlumata görə, parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti müzakirə ediləcək.
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb
Fuad İsgəndərov etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib
Çinin Azərbaycandakı səfiri: Çin elmi-texniki innovasiyalar sahəsində dünya lideridir