Baş nazir Əli Əsədov hökumətin hesabatı ilə bağlı çıxış edən deputatların bəzi təklifləri ilə prinsipcə razı olmadığını bildirib.
“İki sahil” xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflərə münasibət bildirərkən danışıb.
O qeyd edib ki, deputatlar tərəfindən irəli sürülən təkliflərin bəziləri ilə prinsipcə razı deyil:
“Bəzi təkliflərin isə yeri var. Bu məsələlər nəzarətə götürüləcək, hökumət və onun müvafiq qurumları tərəfindən addımlar atılacaq”.
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb
Fuad İsgəndərov etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib
Çinin Azərbaycandakı səfiri: Çin elmi-texniki innovasiyalar sahəsində dünya lideridir