Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüş zamanı tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Eyni zamanda, post-münaqişə dövründə regional dinamika, sülh sazişi ilə bağlı son inkişaflar və bu proses qarşısında duran çağırışlar diqqət mərkəzində olub.
Görüşdə Şarl Mişelin Avropa İttifaqı Şurasının sədri kimi əvvəlki fəaliyyəti və göstərdiyi mühüm səylərə görə ona təşəkkür ifadə edilib.
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb
Fuad İsgəndərov etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib
Çinin Azərbaycandakı səfiri: Çin elmi-texniki innovasiyalar sahəsində dünya lideridir