İtaliya Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların başa çatmasını, eləcə də münasibətlərin bərpasını alqışlayır.
“İki sahil” xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımda deyilir.
“İtaliya hökuməti regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş normallaşma prosesini dəstəkləməyə davam edəcək”, - paylaşımda qeyd olunur.
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb
Prezident İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim