Azərbaycan Respublikası Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında sazişin imzalanmasını alqışlayır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin paylaşımda deyilir.
"Bu tarixi saziş Qırğızıstan-Tacikistan arasında dostluq əlaqələrini, Mərkəzi Asiyanın sabitliyini və çiçəklənməsini daha da gücləndirəcək mühüm addımdır. Bu mühüm nailiyyət münasibətilə hər iki qardaş ölkəni ürəkdən təbrik edirik", - paylaşımda bildirilib.
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb
Prezident İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim