İordaniya Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır.
“İki sahil” xəbər verir ki, bu barədə Krallığın xarici siyasət idarəsinin bəyanatında bildirilib.
"İordaniya XİN Azərbaycan və Ermənistan arasında çoxillik münaqişəyə son qoyacaq sazişin imzalanması istiqamətində sülh danışıqlarında əldə edilmiş irəliləyişi alqışlayır. Nazirliyin rəsmi nümayəndəsi Sufian Qudah Krallığın mübahisələrin dinc vasitələrlə həllinə, regional və beynəlxalq təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş bütün səylərə dəstəyini vurğulayıb", - bəyanatda bildirilib.
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb
Prezident İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim