Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ermənistan və Azərbaycana ilk dəfə rəsmi səfərlər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə bu barədə Almaniya prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər 30 mart - 2 aprel tarixlərində baş tutacaq, Ştaynmayeri həyat yoldaşı Elke Büdenbender müşayiət edəcək.
Ermənistana səfər çərçivəsində prezident Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşlər planlaşdırılır. Ştaynmayer həmçinin bir sıra mədəni tədbirlərdə iştirak edəcək.
Azərbaycanda Ştaynmayer rəsmi şəxslərlə görüşlər keçirəcək. Səfərin gündəliyinə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna səfər və xristian, müsəlman və yəhudi dini icmalarının nümayəndələri ilə görüşlər daxildir.
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb
Prezident İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim