Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün yer seçərkən balanslı yanaşmanın tərəfdarıdır. Bakı ilə müqavilənin imzalanma yeri və vaxtı hələ müzakirə olunmayıb.
“İki sahil” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. O qeyd edib ki, Ermənistan imzalanma üçün konkret yerlər təklif etməyib. Bununla belə, Qriqoryanın fikrincə, hansısa balanslaşdırılmış variantı seçmək məntiqli olardı.
Ermənistan hökumətinin sənədin mətnini niyə dərc etməməsi ilə bağlı sualı cavablandıran Qriqoryan qeyd edib ki, ictimai müzakirələr zamanı cəmiyyət artıq sazişin məzmunu ilə bağlı ətraflı məlumat alıb. “Başa düşürəm ki, sazişə ictimai maraq var. Lakin imzalanmanın vaxtı və yeri ilə bağlı hələlik razılaşmanın olmadığını nəzərə alsaq, işimizi davam etdiririk. Bu baş verəndə mətn ictimaiyyətə açıqlanacaq”, - o əlavə edib.
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb
Prezident İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim
Vüqar Rəhimzadə: Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib