Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq.
“İki sahil” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında deyib.
“Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Təbii olaraq Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək”, - deyə dövlətimizin başçısı qeyd edib.
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb
Prezident İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim
Vüqar Rəhimzadə: Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib