"Bakı Təşəbbüs Qrupunun yaradılması və bir sıra konfransların keçirilməsi bizə imkan verdi ki, müstəmləkə, insanlara qarşı zülmlər barədə daha çox məlumat ötürə bilək".
“İki sahil” xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Joze Marten Jan-Pyer deyib.
"Müstəmləkəçiliyin aradan qaldırılması üçün səylərimizi birləşdirməliyik. Bizim xalqlar artıq qətiyyətlə vuruşurlar. Hər bir mübarizə imkan verir ki, biz birgə azadlığımızı daha da möhkəmləndirək. Biz xaricdən dəstək almalıyıq. BMT bu məsələdə bizim üçün strateji tərəfdaş ola bilər. Biz bütün beynəlxalq təşkilatlarına, qeyri-hökumət təşkilatlara çağırış edirik ki, müstəmləkədən əziyyət çəkənlərə dəstək olsunlar. Müstəmləkədən əziyyət çəkən xalqların hüquqlarının qorunması təmin olunmalıdır", - deyə o bildirib. (Oxu.Az)
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb
Prezident İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim
Vüqar Rəhimzadə: Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib