Martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
“İki sahil” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müqəddəs Ramazan bayramı münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırıb, firavanlıq və ruzi-bərəkət arzulayıb.
Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib, öz növbəsində Rəcəb Tayyib Ərdoğanı, qardaş Türkiyə xalqını bayram münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.
Rəcəb Tayyib Ərdoğan təbriklərə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edib.
Telefon söhbəti zamanı dövlət başçıları qardaşlıq və müttəfiqlik münasibətlərinə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıb və tezliklə yenidən görüşəcəkləri ilə bağlı ümidvarlıqlarını ifadə ediblər.
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb
Prezident İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim
Vüqar Rəhimzadə: Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib