Neftçala rayonunda narkokuryerlikdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Elsevər Cəbrayılov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “İki sahil”ə verilən məlumata görə, ondan 9 kiloqramdan artıq heroin və marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı E.Cəbrayılov pul müqabilində narkokuryerlik etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, E.Cəbrayılov barəsində həbs qətimkan təbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Otuz il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
Tarixi və mərkəzi ərazilərdə reklam yerləşdirilməsinə xüsusi tələblər tətbiq olunur