Dünən ölkəmizdə rəsmi səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bakıya səfəri ilə bağlı təəssüratlarını paylaşıb.
“İki sahil” xəbər verir ki, Almaniya lideri bu barədə rəsmi instaqram hesabında paylaşım edib.
Ştaynmayer qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib.
O, həmçinin paylaşımlarında İçərişəhərə səfərini, Azərbaycan və Almaniyanın birinci xanımları Mehriban Əliyeva ilə Elke Büdenbender arasında baş tutan görüşü, eləcə də Heydər Əliyev Mərkəzində məşhur Azərbaycan və alman bəstəkarlarının əsərlərindən ibarət konsert proqramını xüsusilə qeyd edib.
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
Tarixi və mərkəzi ərazilərdə reklam yerləşdirilməsinə xüsusi tələblər tətbiq olunur
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib
Reklam daşıyıcılarının yerləşdirilməsi şəhərsalma prinsiplərinə uyğun planlaşdırılır