Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayevi qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Görüşdə Moskva ilə Bakı arasında müttəfiqlik əməkdaşlığının əsas müstəvisində əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib, ikitərəfli və regional gündəliyin bir sıra aktual mövzuları nəzərdən keçirilib.
Rusiyada və Azərbaycanda cari il üçün nəzərdə tutulan dövlətlərarası təmasların və birgə tədbirlərin qrafiki dəqiqləşdirilib.
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır
YAP İdarə Heyətinin üzvü Rauf Əliyevə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub - FOTO
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - VİDEO/FOTO/YENİLƏNİB