Şəmkir Rayon Polis Şöbəsinə “Mercedes” markalı avtomobildə sərnişin olan 3 nəfərin sürücüyə zor tətbiq edərək nəqliyyat vasitəsini və 332 800 manat ekvivalentində xarici valyutanın quldurluq yolu ilə ələ keçirilməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən 38 yaşlı İsrapıl Baljanov, 39 yaşlı İsrafil Tağıyev və 33 yaşlı Rasim Cəfərov müəyyən olunaraq olunaraq saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə şübhəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Naxçıvan şəhərində “Müasir Azərbaycanın memarı: tarixi missiya və əbədi irs” mövzusunda konfrans keçirilib
Fövqəladə Hallar Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib