Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə “Report” Özbəkistan liderinin mətbuat xidmətinə istinadla xəbər verir.
S.Qafarova Özbəkistan liderinə Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb.
Görüşdə Özbəkistan-Azərbaycan dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi və möhkəmləndirilməsinin aktual məsələləri müzakirə edilib. İqtisadi Əməkdaşlıq İli çərçivəsində birgə həyata keçirilən səmərəli iş qeyd olunub. Bildirilib ki, ticarət dövriyyəsinin həcmi artır, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq layihələri aktiv fazadadır.
Bundan əlavə, mütəmadi olaraq mədəni-humanitar tədbirlər keçirilir.
Tərəflər razılaşmaların icrasına nəzarət və yüksək səviyyəli gələcək sammitlər üçün yeni təkliflərin hazırlanması məqsədilə parlamentlər xətti ilə sıx qarşılıqlı fəaliyyətin və aktiv mübadilələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır
YAP İdarə Heyətinin üzvü Rauf Əliyevə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub - FOTO
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - VİDEO/FOTO/YENİLƏNİB