Azərbaycanın beynəlxalq maliyyə təsisatlarından asılılığı tamamilə azalıb.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
“Biz Beynəlxalq Valyuta Fondu ilə münasibətləri mənim ilk prezidentliyim dövründə dayandırdıq. Digər maliyyə təsisatları ilə bağlı isə biz demək olar ki, əməkdaşlığımızı tam dayandırmışıq. Bizim xarici borcumuz cəmi 5 milyard ABŞ dolları həcmindədir. Bu, bizim ümumi daxili məhsulumuzun 7 faizindən aşağıdır. Bu onu göstərir ki, bizim xarici sərmayələrə, maliyyələşməyə ehtiyacımız yoxdur”, - deyə dövlətimizin başçısı əlavə edib.
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır
YAP İdarə Heyətinin üzvü Rauf Əliyevə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub - FOTO
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - VİDEO/FOTO/YENİLƏNİB