Quba şəhəri ərazisində yol nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, şəhərin "Azərbaycan" küçəsi ilə hərəkət edən 40FC411 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin qarşısına anidən 40BS733 dövlət nömrə nişanlı, "Jiquli" markalı nəqliyyat vasitəsi çıxıb. Qaçılmaz qəzada avtomobillərə avtomobilə ziyan dəyib. "Jiquli" markalı avtomobil yol kənarındakı işıq dirəyinə dəyib. "Jiquli"nın sürücüsünün xəsarət aldığı bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün
Azərbaycanın qlobal yüksəlişi: Prezident İlham Əliyevin liderliyi və 2025-ci il strategiyası
Azərbaycan güclü, müstəqil və qalib dövlət kimi inkişaf yolunda inamla irəliləyir
Amnistiya aktlarının elan edilməsi cəmiyyətdə həmrəyliyin güclənməsinə xidmət edir