14 aprel 2025 15:03
582

I kurs tələbəsi vəfat etdi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) I kurs tələbəsi Fuad Mirzəyev vəfat edib. 

“İki sahil” xəbər verir ki, bu barədə universitetin sosial şəbəkə hesabında paylaşım olunub. 

Biznes və menecment fakültəsində təhsil alan F. Mirzəyevin ürəktutmadan vəfat etdiyi bildirilir.