14 aprel 2025 17:27
501

Mayın 1-dən bu portal ləğv ediləcək

Mayın 1-dən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlərini təqdim etdiyi Elektron Xidmətlər Portalı (e-emlak.gov.az) ləğv ediləcək.

“İki sahil” quruma istinadla xəbər verir ki, portalda təqdim edilən bütün xidmətlər İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalına (e-services.economy.gov.az) inteqrasiya edilib.

Məqsəd elektron xidmətlərin vahid portal üzərindən istifadəsi və prosesin sadələşdirilməsidir.