16 aprel 2025 14:18
556

“Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsinə start verilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) üzv təşkilat olan Azərbaycan Təhsil İşçiləri Azad Həmakarlar İttifaqının (ATİAHİ) Respublika Komitəsinin dəstəyi ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə MÜTDA-da Ümumi Təhsil üzrə Dövlət Agentliyində Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar olaraq “Ən yaxşı təqdimat” müsabiqəsinin final mərhələsi keçirilir.

“İki sahil” xəbər verir ki, “Ən yaxşı təqdimat” müsabiqəsinin mövzusu Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 102-ci ildönümünə həsr olunub. Onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi və təbliği məqsədilə təşkil edilib. Müsabiqədə iştirak üçün 3900-dən çox şagird qeydiyyatdan keçib. Respublika mərhələsinə 95 şagird yüksəlib.Ölkəmizin ayrı-ayrı rayonlarından və paytaxtdan qatılan məktəblilər 5 nəfərdən ibarət komissiya qarşısında çıxış edərək Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı ən dərin biliyə sahib olduqların göstərməyə çalşır, hazırlaşdıqları 5 mövzudan komissiyanın seçdiyi bir mövzu əsasında çıxış edirlər.

Müsabiqənin Komisiya üzləri, MÜTDA - nin direktor müavini, komissiya sədri Vefa Yaqublu, ATİAHİ Respublika Komitəsinin sədr müavini, komissiyanın həmsədri Mirzə Cəfərzadə, ARTİ Təhsil nəzəriyyəsi şöbəsinin müdiri İntiqam Cəbrayılov, MÜTDA Ümumi təhsilin təşkili şöbəsinin mütəxəssisi Əhliyyət Adıgözəlov, Sumqayit şəhəri TTEL-in direktor müavini, Aygün Rəhimovadır.

Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.