Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərinə çoxkombinasiyalı hava hücumu edib.
“İki sahil” xəbər verir ki, aprelin 24-ə keçən gecə Kiyevə edilən dron və ballistik raket hücumları nəticəsində paytaxtın bir neçə ərazisində mülki infrastruktura ziyan dəyib.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin açıqladığı məlumata görə, hava hücumu nəticəsində 9 nəfər həlak olub, 63 nəfər xəsarət alıb, 6-sı uşaq olmaqla 42 nəfər xəstəxanaya yerləşdirilib.
Yaşayış binalarına ziyan dəyib, dağıntılar altında olan insanların axtarışı davam edir.
Hadisənin nəticələrinin aradan qaldırılması paytaxtın 5 rayonunda davam edir. Fövqəladə Hallar Dövlət Xidmətinin psixoloqları və kinoloqları ərazidə iş aparırlar.
Qazaxıstanla Almaniya energetika və kritik minerallar sahələrində əməkdaşlığı müzakirə edib
Hayk Koncoryan və Vaaqn Aleksanyan Ermənistan parlamentinin sədr müavinliyinə namizəd irəli sürülüblər