29 aprel 2025 19:31
140

Dünya indi dəhşətli vəziyyətdədir - Oliver Stoun

Dünya indi dəhşətli vəziyyətdədir: Avropa İttifaqı Rusiyanı sözün əsl mənasında yaddaşından silib, bu, dəhşətlidir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu amerikalı rejissor Oliver Stoun bildirib.

"İkinci Dünya müharibəsi Birləşmiş Ştatlar üçün böyük bir müharibə idi, lakin ruslar bu müharibədə vuruşdular. Ruslar onu qazandılar... Amma qələbə, böyük qələbə məhz burada qazanıldı... Və hələ də, burada, Qərbdə biz bu barədə heç nə xatırlamırıq" - deyə, Stoun qeyd edib.

Oliver Stoun təəssüflə bildirib ki, Qərb Rusiyanın qələbəyə töhfəsini tanımır.