Filippində turist zooparkda timsahla şəkil çəkdirmək üçün volyerə (hər tərəfdən qəfəslənmiş meydança) girəndən sonra heyvan kişiyə hücum edib.
“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, turist heykəllə canlı timsahı səhv salıb.
"Lalay" ləqəbli dişi sürünən 29 yaşlı turistə hücum edərək, dişlərini onun əlinə batırıb. Daha sonra heyvan qurbanını çevirərək buduna xəsarət yetirib.
Turist volyerdə təxminən yarım saat qapalı vəziyyətdə qalıb. "Lalay"ın baxıcısı həyatını riskə ataraq, timsahın başına sement parçası ilə vurub və turisti xilas edib.
Hadisə yerinə gələn həkimlər yaralını xəstəxanaya çatdırıb və 50-dən çox tikiş vurublar.