30 aprel 2025 10:30
98

Şimali Koreya yeni döyüş gəmisinin silah sistemlərinin ilk sınağını keçirib

Koreya Xalq Demokratik Respublikası (KXDR) 5 min tonluq yeni esminesin – “Choe Hyon”un silah sistemlərinin ilk atəş sınağını həyata keçirib.

“İki sahil” Koreya mediasına istinadla xəbər verir ki, sınaq ölkə lideri Kim Çen Inın nəzarəti altında baş tutub. Çoxməqsədli “Choe Hyon” esminesinin səsdənsürətli strateji qanadlı raketlərinin, taktiki ballistik raketlərinin, uçan hədəflərə qarşı 127 millimetrlik raketlərinin və digər avadanlığının da sınağı reallaşıb.

Kim Çen In ölkənin müdafiə qabiliyyətinin artırılması üçün daha çox müasir döyüş gəmisinin inşasının vacibliyini vurğulayıb. O, gələcəkdə nüvə yanacağı ilə işləyən sualtı qayıqların hazırlanması məsələsinə də toxunub.

Cənubi Koreya mediası iddia edir ki, “Choe Hyon” esminesinin raket və radar sistemləri Rusiyada istehsal olunanlara oxşardır.